​Şotlandiya Azərbaycan yığması ilə yoldaşlıq görüşü üçün ağır şərtlər irəli sürüb

​Şotlandiya Azərbaycan yığması ilə yoldaşlıq görüşü üçün ağır şərtlər irəli sürüb AFFA 3 ölkə ilə danışıqlar aparır
Futbol
5 Mart , 2015 12:50
​Şotlandiya Azərbaycan yığması ilə yoldaşlıq görüşü üçün ağır şərtlər irəli sürüb

Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisi komandası Robert Prosineçkinin rəhbərliyi altında ilk beynəlxalq yoldaşlıq oyununu iyunda keçirəcək. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 

E.Məmmədov yoldaşlıq görüşünü Norveçlə AVRO-2016-nın seçmə qrup matçından öncəyə planlaşdırdıqlarını söyləyib. Baş katib hazırda bu məqsədlə 3 ölkə ilə danışıqlar apardıqlarını deyib: "Yoldaşlıq görüşünü 7-8 iyuna planlaşdırırıq. Mümkün rəqiblərdən biri Şotlandiyadır. Sadəcə, Şotlandiyanın teleyayım şərtləri çox ağırdır. Bir az çətin olacaq. Səfər oyunu olacağından, bizim telekanallar həmin oyunun yayım hüququnu almalıdırlar".

Federasiya rəsmisi yoldaşlıq görüşünü səfərdə keçirmək istədiklərini vurğulayıb: "Çünki həmin vaxt I Avropa Oyunları ərəfəsindədir və stadionlarımız da bu Oyunlarda istifadə olunacaq. Üstəlik, rəsmi oyun səfərdədirsə, yoldaşlıq oyununu da orada keçirmək daha məqsədəuyğundur".

Qeyd edək ki, Norveç və Azərbaycan yığmaları arasında AVRO-2016-nın seçmə qrup matçı iyunun 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi