Azərbaycan milli komandasının hücumçusu 96 gündən sonra qol vurub

Azərbaycan milli komandasının hücumçusu 96 gündən sonra qol vurub Deniz Yılmaz: "Nəticənin 1:1 olmasından biz də məmnun qalmadıq"
Futbol
13 Mart , 2017 10:06
Azərbaycan milli komandasının hücumçusu 96 gündən sonra qol vurub

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 96 günlük aradan sonra qol vurub. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu Türkiyə Super Liqasının XXIV turu çərçivəsində "Osmanlıspor" komandası ilə səfər görüşündə fərqlənib.

Sonuncu dəfə ötən il dekabrın 5-də XIII turun "Rizespor"la matçında dubl edən Yılmaz (2:1), "Osmanlıspor"la qarşılaşmanın 40-cı dəqiqəsində penaltidən vurduğu qolla "Bursaspor"u önə keçirib. Lakin meydan sahibləri məğlubiyyətdən qurtula biliblər - 1:1.

Oyunda hesabı açmasına və 96 günlük aradan sonra fərqlənməsinə rəğmən, Azərbaycan yığmasının hücumçusu nəticədən razı qalmayıb. O, son dəqiqələrdə qol buraxdıqları üçün məyus olduqlarını ifadə edib: "Üç xal qazanmadıq deyə, komanda adına çox üzüldüm. Yaxşı mübarizə apardıq. "Osmanlıspor" güclü komandadır. Onlarla səfər matçında hesabda önə keçmək asan deyil. Hesabı 85-ci dəqiqəyə qədər qoruya bildik. Nəticənin 1:1 olmasından biz də məmnun qalmadıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi məyus edir, amma bu oyunu unutmalıyıq. Növbəti turda öz meydanımızda 3 xal qazanmaq istəyirik".

Qeyd edək ki, "Bursaspor" 32 xalla 10-cu pillədə qərarlaşıb. D.Yılmazın komandası martın 19-da XXV tur çərçivəsində "Alanyaspor"u qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi