Yuxarı

Azərbaycan milli komandasının futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb

Azərbaycan milli komandasının futbolçusu yığmanın heyətindən kənarlaşdırılıb
Azərbaycan milli komandasının oyunçusu Elvin Yunuszadə

Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Elvin Yunuszadə yığmanın heyətindən kənarlaşdırılıb.

"Report"un məlumatına görə, buna səbəb müdafiəçinin nizam-intizam qaydalarını pozması olub.

Milli komandanın baş məşqçisi Qurban Qurbanov Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməmişdi. Millimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bu futbolçulardan birinin Türkiyəyə aparılmayacağını açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi