Yuxarı

Azərbaycan milli komandasının futbolçusu 2 oyunluq cəzalanıb

Azərbaycan milli komandasının futbolçusu 2 oyunluq cəzalanıb
Bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz 2 oyunluq cəzalanıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb.

Səbəb kimi təcrübəli hücumçunun Super Liqanın XXI tur matçında "Kayserispor"un futbolçusuna qarşı ciddi kobudluğu göstərilib.

Qeyd edək ki, "Bursaspor" növbəti 2 turda "Kasımpaşa" ilə fevralın 24-də səfərdə, "Qaziantepspor"la isə martın 4-də evdə üz-üzə gələcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi