Azərbaycan milli komandasının futbolçuları dopinq-testdən keçəcəklər

Azərbaycan milli komandasının futbolçuları dopinq-testdən keçəcəklər AFFA ilə AMADA arasında memorandum imzalanıb
Futbol
5 İyul , 2017 15:21
Azərbaycan milli komandasının futbolçuları dopinq-testdən keçəcəklər
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün AFFA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşlıqlı Anlaşma haqqında Memorandum imzalanıb. "Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə sənədi baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynli imzlayıb. 

Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Son xəbərlər

Orphus sistemi