Yuxarı

Azərbaycan milli komandasının futbolçusu Türkiyədə əməliyyat olunub

Ruslan Əmircanov daha bir ay oynamayacaq

Bakı. 11 dekabr. Report/ Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Fulya Xəstəxanasında baş tutub.

Travmotoloq-cərrah, professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Ruslan Əmircanov Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alıb. O, təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını və əməliyyatının zəruriliyini üzə çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi