Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib

Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər
Futbol
4 Oktyabr , 2017 20:42
Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi oyun üçün heyəti müəyyənləşib
Report/ Firi Salim

Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Çexiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

"Report"un məlumatına görə, "11-liy”i milli komandanın baş məşqçisi Robert Prosineçki bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, ilk dəqiqələrdən Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanovun meydana çıxacağını bildirib.

R.Prosineçki deyib ki, Maksim Medvedev və Araz Abdullayev zədəli olduqlarından qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi