Azərbaycan milli komandasının Almaniya yığması ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının Almaniya yığması ilə oyun üçün heyəti açıqlanıb Heyətə yeni futbolçular çağırılıb
Futbol
17 Mart , 2017 15:30
Azərbaycan milli komandasının Almaniya yığması ilə oyun üçün heyəti açıqlanıb
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 oyunçuya dəvət göndərib. 

Onlardan 8-i əcnəbi klublarda çıxış edir. Xorvatiyalı mütəxəssis yerli klublardan "Qarabağ"ın 7, "Qəbələ"nin 5, "Neftçi" və "Zirə"nin hərəyə 2, "İnter" və AZAL-ın hərəyə 1 oyunçusunu yığmaya çağırıb. Zədəli Səlahət Ağayevin yoxluğunda autsayder AZAL-ın qapıçısı Aqil Məmmədov milliyə dəvət alıb. İlk dəfə əsas komandaya çağırılan futbolçu isə Almaniya "Ayntraxt"ında forma geyinən Renat Dadaşovdur.  

Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. 

SOYAD, AD KLUB
Kamran Ağayev Boavişta (Portuqaliya)
Anar Nəzirov Zirə
Aqil Məmmədov AZAL
Tərlan Quliyev İnter
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Maksim Medvedev Qarabağ
Pavel Paşayev Stal (Ukrayna)
Maqomed Mirzabekov Qəbələ
Ürfan Abbasov Qəbələ
Ruslan Abışov Neftçi
Rahid Əmirquliyev Qarabağ
Qara Qarayev Qarabağ
Dmitri Nazarov Aue (Almanya)
Eddi İsrafilov Kadis (İspaniya)
Emin Mahmudov Boavişta (Portuqaliya)
Elvin Məmmədov Zirə
Cavid Hüseynov Qəbələ
Araz Abdullayev Qəbələ
Əfran İsmayılov Qarabağ
Ağabala Ramazanov Qarabağ
Ruslan Qurbanov Qəbələ
Namik Ələskərov Neftçi
Ramil Şeydayev Jilina (Slovakiya)
Renat Dadaşov Ayntraxt (Almanya)
Deniz Yılmaz Bursaspor (Türkiyə)

Son xəbərlər

Orphus sistemi