Bakı. 4 dekabr. REPORT.AZ/ Özbəkistan paytaxtında təşkil olunmuş futzal üzrə Beynəlxalq "Daşkənd Kuboku-2014" turnirində Azərbaycan milli komandası ikinci yeri tutub. "Report"un məlumatına görə, Baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığma son oyunda meydan sahiblərini 6:3 hesabı ilə məğlub edib.
Vitali Borisovun dubl etdiyi oyunda digər qolları Xətai Bağırov, Amadeu, Eduardo və Fineo vurub.
Qeyd edək ki, 4 ölkənin qatıldığı turnirdə qalib adını Qazaxıstan millisi qazanıb.