Bakı. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası Norveç yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi yoxlama oyunu keçirib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib 21 yaşadək yığma olub.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda təşkil olunan qarşılaşma baş məşqçi Mahmud Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb. Əsas millinin qollarını penaltidən Mahir Şükürov, eləcə də Rauf Əliyev, Araz Abdullayev və Məhəmməd Qurbanov vurub. U-21-in heyətində isə Namiq Ələskərov dubl edib.
Qeyd edək ki, Azərbaycan və Norveç yığmaları noyabrın 16-da "Bakcell Arena"da üz-üzə gələcəklər. Oyun saat 21:00-da başlanacaq. 21 yaşadək yığma ilə oyun rəsmi matç öncəsi təlim-məşq toplantısı çərçivəsində baş tutub.