Azərbaycan milli komandası yoldaşlıq görüşündə Qazaxıstana məğlub olub

Azərbaycan milli komandası yoldaşlıq görüşündə Qazaxıstana məğlub olub Bu, Azərbaycan millisinin Qurban Qurbanovun rəhbərliyi altında ikinci məğlubiyyətidir
Futbol
5 İyun , 2018 19:52
Azərbaycan milli komandası yoldaşlıq görüşündə Qazaxıstana məğlub olub

Bakı. 5 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

"Report"un məlumatına görə, yığma səfərdə Qazaxıstanla üz-üzə gəlib. 

"Astana Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Roman Murtazayev 12-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Serikjan Mujikov fərqi iki topa çatdırıb. Baxtiyor Zaynutdinov 90-cı dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Bu, Azərbaycan millisinin Qurban Qurbanovun rəhbərliyi altında ikinci məğlubiyyəti olub. Daha əvvəl Bakıda Belarusa (0:1) uduzan yığma Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edib, yeganə qələbəsini isə Qırğızıstan (3:0) üzərində qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u növbəti yoxlama matçında səfərdə Latviya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yoldaşlıq görüşü

5 iyun

20:00. Qazaxıstan – Azərbaycan - 3:0

Qol: Roman Murtazayev, 12. Serikjan Mujikov, 14. Baxtiyor Zaynutdinov, 90

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. "Astana Arena”

Son xəbərlər

Orphus sistemi