Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq

Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq
Futbol
11 Noyabr , 2016 08:12
Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.

Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.

Dünya çempionatı - 2018, seçmə mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Kleman Tyurpen

Yan xətt hakimləri: Nikolya Dano, Siril Qrinqor

Dördüncü hakim: Frank Şnayder (hamısı Fransa)

Belfast. "Uindsor Park" stadionu

Son xəbərlər

Orphus sistemi