Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandası İrlandiya yığmasına uduzub

    Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb

    Bakı. 5 sentyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

    "Report"un məlumatına görə, V qrupda çıxış edən yığma ikinci matçında İrlandiya kollektivini qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda səfərdə keçirdiyi ilk görüşdə İsrailə də 1:3 hesabı ilə uduzub. 

    Avropa çempionatı, seçmə mərhələ
    V qrup 

    5 sentyabr

    Azərbaycan - İrlandiya 1:3
    Qollar: Mahir Mədətov, 12 - Rayan Maninq, 9, 36. Riis Qreqo-Koks, 51
    Qırmızı vərəqə: Elnur Cəfərov, 53
    Baş hakim: Sandor Sabo
    Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
    Dördüncü hakim: Balaj Berke
    Bakı. "Dalğa Arena”

    Xal durumu: İrlandiya, Kosova - 9, İsrail - 3, Norveç, Azərbaycan, Almaniya - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi