Yuxarı

Azərbaycan milli komandası 2014-cü ili FİFA reytinqində 135-ci pillədə başa vurub

Rəqiblərdən yalnız Malta irəliləyib

Bakı. 18 dekabr. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası 215 xalla 135-ci pillədə qalıb. 

AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərdən İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 506 xalla 66-cı, Norveç 500 xalla 67-ci pillədə qalıb, Malta isə 166 xalla 1 pillə irəliləyərək, 147-ci mövqedə qərarlaşıb.  

Qeyd edək ki, siyahıdakı əksər ölkələrin reytinqində dəyişiklik baş verməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi