Yuxarı

​Azərbaycan Milli Karate Federasiyasında struktur dəyişikliyi edilib

Yeni formalaşan idarə heyətində 9 nəfər yer alıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandaların baş məqçisi, əməkdar məşqçi və əməkdar idman xadimi Rəhman Hətəmov I vitse-prezident təyin olunub.

Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir. Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.

Qeyd edək ki, əvvəlki strukturda AMKF-in I vitse-prezidenti İlham Qasımzadə, baş sponsor Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi isə bankın idarəetmə departamentinin direktoru Emil İbrahimov idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi