​"Neftçi" Azərbaycan Kubokunun yarımfinalına yüksəlib - YENİLƏNİB 1

​"Neftçi" Azərbaycan Kubokunun yarımfinalına yüksəlib - YENİLƏNİB 1 Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yekun vurulub
Futbol
9 Mart , 2016 19:30
​Neftçi Azərbaycan Kubokunun yarımfinalına yüksəlib - YENİLƏNİB 1

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yekun vurulub. "Report"un məlumatına görə, son oyunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib.

"Xəzər Lənkəran" ilk oyunda 3:2 hesablı qələbə qazandığından, "Bakcell Arena"da keçirilən cavab matçına üstün tərəf kimi çıxıb.

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə meydan sahibləri istəyinə nail olub. "Xəzər Lənkəran"da çıxış edən Nodar Məmmədov cərimə meydançası daxilində Ruslan Qurbanova qaşrı kobudluq edib. Baş hakim Rəhim Həsənovun qərarına əsasən, "Neftçi" on bir metrlik penalti yerinə yetirib. Topa yaxınlaşan Qurbanov qonaqları məyus edib. Cəmi 4 dəqiqə sonra isə Araz Abdullayev rəqibini ikinci dəfə məyus edib - 2:0.

Nəticədə yarımfinala yüksələn tərəf "Neftçi" olub. Bakı təmsilçisi finala çıxmaq üçün "Qəbələ" səddini keçməlidir.

Bununla da yarımfinalda qarşılaşacaq cütlər də məlum olub. Aprelin 27-də "İnter" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" oyunu keçiriləcək. Cavab görüşləri isə mayın 4-də baş tutacaq.

--------------------

16:50. Azərbaycan Kubokunun yarımfinalçılarından 3-ü müəyyənləşib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunun daha iki yarımfinalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bunlar "Qarabağ" və "Qəbələ" klublarıdır.

İlk oyunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab matçında rəqib qapısından 4 top keçirib. "Sumqayıt" bu qolların yalnız birinə cavab verib. Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda adını yarımfinala yazdırıb. "Qarabağ" yarımfinal mərhələsində Bakının "İnter" klubu ilə qarşılaşacaq.

"Qəbələ" isə 1/4 finalda "Zirə" səddini keçməyi bacarıb. Zirədə keçirilmiş ilk görüşdən 2:1 hesablı qələbəylə ayrılan Roman Qriqorçukun komandası doğma azarkeşlər önündə rəqibini darmadağın edib - 5:1. "Qəbələ"nin yarımfinaldakı rəqibi isə "Neftçi" - "Xəzər Lənkəran" cütünün qalibi olacaq.

Qeyd edək ki, ilk yarımfinalçı "Rəvan"ı iki oyunun cəmində üstələyən "İnter" olub.

Azərbaycan Kuboku, 1/4 final

Cavab görüşləri

15:00. "Sumqayıt” – "Qarabağ” - 1:4

Qol: Xəyal Nəcəfov, 63 - Muarem Muarem, 6; 50. Samuel Armenteros, 10; 58

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena” stadionu

15:00. "Qəbələ” – "Zirə” - 5:1

Qollar: Aleksey Qay, 5; 12. Rəşad Sadiqov, 17. Rəşad Eyubov, 65. Ermin Zets, 79 - Nurlan Novruzov, 36.

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Qəbələ. Şəhər stadionu

Qeyd edək ki, yarımfinal görüşləri aprelin 27-də, cavab oyunları isə mayın 4-də keçiriləcək.

--------------------

15:50. Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, Bakının "İnter" klubudur.

"Bayıl Arena"da keçirilmiş ilk görüşdə 1:2 hesabı ilə məğlub olan "bankirlər" cavab görüşündə rəqib qapısından 3 cavabsız top keçirib.

Bununla da Zaur Svanadzenin komandası adını növbəti mərhələyə yazdırıb. Paytaxt təmsilçisinin yarımfinaldakı rəqibi "Sumqayıt" - "Qarabağ" cütünün qalibi olacaq.

Qeyd edək ki, yarımfinal görüşləri aprelin 27-də keçiriləcək. Cavab görüşləri isə 1 həftə sonra baş tutacaq.

Son xəbərlər

Orphus sistemi