Bakı. 21 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib.
"Report"un məlumatına görə, bu Bakının "İnter" klubudur.
"Bankirlər" 1/4 finalda Gəncənin "Kəpəz" klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda bugünkü cavab görüşündə səfər heç-heçəsinə nail olub - 0:0.
Bununla da iki oyunun nəticəsinə əsasən, "İnter" yarımfinala vəsiqə qazanıb. Komandanın finala gedən yoldakı rəqibi "Qəbələ" - AZAL cütünün qalibi olacaq.