Bu gün ​Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək

Bu gün ​Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək Qarşılaşmaların biri Bakıda, digəri Zaqatalada baş tutacaq
Futbol
21 Aprel , 2015 09:50
Bu gün ​Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək. "Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşləri Zaqatala və Bakıda keçiriləcək.

"Simurq" Ağdamın "Qarabağ" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Zaqatala şəhər stadionunda baş tutacaq. Artıq turnir cədvəlində ilk "4-lük"dən əli üzülən "sarı-qaralar" avrokuboklara yollanmaq üçün ağdamlıları mütləq məğlub etməlidir. "Qarabağ" isə ilk görüşdən sonra minimal üstünlüyə malik olduğu və turnir cədvəlinin lideri olduğu üçün bu oyuna daha rahat çıxacaq.

Digər matçda paytaxtın iki klubu üz-üzə gələcək. Burada "İnter" "Neftçi"ni qəbul edəcək. Tərəflərin ilk görüşündə "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi qeydə alındığından "bankirlər" doğma azarkeşlər qarşısında "Neftçi" səddini keçməyə çalışacaq. Demək olar ki, artıq hər iki tərəf çempionat yolu ilə avrokuboklara vəsiqəni təmin edib. Amma eyni zamanda, onlar mövsümü titulla başa vurmağa çalışacaqlar. "Neftçi" kubokun hazırkı sahibi olduğu halda, "İnter" tarixində ilk dəfə kuboku qazanmaq istəyir. 

Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunları

18:00. "Simurq" (Zaqatala) - "Qarabağ" (Ağdam)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

Zaqatala şəhər stadionu

İlk oyun: 0:1


19:00. "İnter” (Bakı) – "Neftçi” (Bakı)

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov

Bakı. "İnter Arena”

İlk oyun: 0:2

Son xəbərlər

Orphus sistemi