Azərbaycan Kubokunun final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

Azərbaycan Kubokunun final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb Qarşılaşmanı Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək
Futbol
4 May , 2017 12:11
Azərbaycan Kubokunun final oyununu idarə edəcək hakimlərin adları açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ “Qarabağ” və “Qəbələ” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun təyinatları açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Yan xətt hakimləri Vaqif Musayev və Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Azərbaycan Kuboku

Final

5 may (cümə)

16:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu (CBC Sport/ canlı)

Son xəbərlər

Orphus sistemi