Bakı. 2 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. "Report"un məlumatına görə, az öncə "Xəzər Lənkəran" - "Neftçi" matçı yekunlaşıb.
Meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
"Xəzər Lənkəran"ın heyətində Vaquf Güləliyev, Tural Qürbətov və İbrahim Qədirzadə, "Neftçi"də isə Ruslan Qurbanov və Fəhmin Muradbəyli fərqlənib.
Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar
14:00. "Xəzər Lənkəran" – "Neftçi" - 3:2
Qollar: Vaquf Güləliyev, 17. Tural Qürbətov, 19. İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22. Fəhmin Muradbəyli, 39
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
17:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. "Azərsun Arena"
18:00. "Zirə" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Zirə İdman Kompleksinin stadionu
19:00. "Rəvan" – "İnter"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Bayıl Arena"
Cavab görüşü martın 9-da keçiriləcək.