Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq Oyunlardan öncə ​beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev yad ediləcək
Futbol
12 Dekabr , 2016 12:04
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlayacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşləri 1 dəqiqəlik sükutla başlayacaq. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayevin bir neçə gün öncə dünyasını dəyişməsidir.

Kubokun 1/4 final mərhələsinin ilk oyunları sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi