Azərbaycan Kubokunda yarımfinal oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan Kubokunda yarımfinal oyunlarına təyinatlar açıqlanıb "Neftçi" - "Qəbələ" oyunu Əliyar Ağayevə tapşırılıb
Futbol
26 Aprel , 2016 15:43
Azərbaycan Kubokunda yarımfinal oyunlarına təyinatlar açıqlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri üçün bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, "İnter" - "Qarabağ" oyunu Rəhim Həsənova həvalə olunub.

"Neftçi" - "Qəbələ" oyununda isə ədaləti Əliyar Ağayev qoruyacaq.

27 aprel

16:00. "İnter" – "Qarabağ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

19:00. "Neftçi" – "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı."Bakcell Arena"

Qeyd edək ki, cavab görüşləri mayın 4-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi