Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşir

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşir Günün ən maraqlı qarşılaşması Şüvəlanda olacaq
Futbol
21 Dekabr , 2016 09:36
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqələrin sahibləri müəyyənləşir

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, paytaxtda və ölkənin digər böyük şəhərlərində baş tutacaq görüşlərdən sonra yarımfinalçılar müəyyənləşəcək.

"Neftçi" ilə "Qarabağ" cütün taleyini böyük ölçüdə həll ediblər. "İnter"lə "Qəbələ" isə ilk oyunarda qazandıqları qələbələrlə yarımfinala yaxındırlar.

İlk görüşdəki nəticələrə əsasən günün vacib oyununun Şüvəlanda keçiriləcəyini demək olar. AZAL "Qəbələ" ilə ev oyununda minimal hesablı qələbə qazanarsa, adını növbəti mərhələyə yazdıracaq.

Azərbaycan Kuboku, 1/4 final, cavab oyunları

21 dekabr (çərşənbə)

13:00. "Kəpəz” – "İnter”

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə. Şəhər stadionu

İlk oyun - 0:2

15:00. "Sumqayıt” – "Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Sumqayıt. "Kapital Bank Arena” stadionu

İlk oyun - 0:6

16:00. AZAL – "Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "AZAL Arena” stadionu ("CBC Sport”, canlı)

İlk oyun - 1:2

17:00. "Neftçi” – "Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Bakcell Arena” stadionu

İlk oyun - 3:0 

Son xəbərlər

Orphus sistemi