Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib "Qarabağ" səfərdə "İnter"i böyük hesabla məğlub edib
Futbol
27 Aprel , 2016 16:49
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun "İnter"lə "Qarabağ" arasında keçirilib.

Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0. Qollardan ilk ikisini Migel Madera (dəq. 19; 60) vurub. Qalan topların müəllifləri isə Dani Kintana (dəq. 67) ilə Reynaldo (dəq. 84) imza atıb. Beləliklə, mayın 4-də keçiriləcək cavab görüşü formallığa çevrilib.

Qeyd edək ki, daha bir yarımfinal oyunu "Neftçi" və "Qəbələ" arasında keçiriləcək. "Bakcell Arena"dakı qarşılaşma saat 19:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi