Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib Bakı. 12 aprel. REPORT.AZ/ Keşlə və Sumqayıt komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Futbol
12 Aprel , 2018 17:53
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib

Bakı. 12 aprel. REPORT.AZ/ "Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Report" xəbər verir ki, "İnter Arena"da baş tutan görüşdə "Keşlə" klubu 1:0 hesabı ilə qələbə qazanıb. 

Qarşılaşmada yeganə qolu 90+1-ci dəqiqədə Sezar Meza Kolli vurub. 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk görüşü "Qəbələ" və "Neftçi" arasında keçiriləcək. Əyalətdə baş tutacaq görüş saat 18:00-da start götürəcək. Yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 18-də olacaq.

Son xəbərlər

Orphus sistemi