​Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

​Azərbaycan Kubokunda finalçılar müəyyənləşib Final matçı mayın 25-də olacaq
Futbol
5 May , 2016 00:19
​Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bakı. 5 May. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. "Report"un məlumatına görə, finalda ötən mövsüm olduğu kimi, "Qarabağ"la "Neftçi" komandaları üz-üzə gələcək.

İlk finalçı Qəbələdə müəyyənləşib. Əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatan matçın penaltilər seriyasında “Qəbələ”ni üstələyən “Neftçi” adını final mərhələsinə yazdırıb. Artıq çempionluğu rəsmiləşdirmiş “Qarabağ” isə ilk oyunda olduğu kimi cavab qarşılaşmasında da “İnter”i məğlub edərək (4:0, 1:0), finala adlayıb.

Qeyd edək ki, final matçı 25 mayda olacaq. 

Son xəbərlər

Orphus sistemi