​Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

​Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq Premyer Liqa və I Divizion komandaları növbəti mərhələ üçün mübarizə aparacaq
Futbol
3 Dekabr , 2015 09:48
​Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar Premyer Liqa və I Divizion komandaları arasında baş tutacaq. 

İlk olaraq "Qəbələ" doğma şəhərdə divizionda mübarizə aparan "Mil Muğan"ı sınağa çəkəcək. 2 il öncə də bu komandaların 1/8 finala təsadüf etmiş ilk duelində Premyer Liqa təmsilçisi qalib gəlib - 2:1. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanı Orxan Məmmədov idarə edəcək. Cütün qalibi növbəti mərhələdə "Zirə"yə rəqib olacaq.

Premyer Liqada çıxış edən "Rəvan" isə aşağı liqa təmsilçisi "Bakı"nı qəbul edəcək. 3-cü dəfə üz-üzə gələcək paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Əliyar Ağayevin idarə edəcəyi görüş "Bayıl Arena"da baş tutacaq. Cütün qalibi 1/4 finalda Bakının "İnter" klubuna rəqib olacaq.

20:00. "Rəvan" – "Bakı"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Rövşən Əhmədov

"Bayıl Arena"

17:00. "Qəbələ" – "Mil-Muğan"

Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

Qeyd edək ki, bundan öncə "İnter", "Qarabağ", "Sumqayıt", "Xəzər Lənkəran", "Neftçi" və "Zirə" komandaları 1/4 final mərhələsinə yüksəlib. Onlardan "Xəzər Lənkəran" "Neftçi" ilə, "Sumqayıt" isə "Qarabağ"la qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi