Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib İkinci oyun günündə 4 qarşılaşma keçiriləcək
Futbol
3 Dekabr , 2016 10:00
Azərbaycan Kubokunda 1/4 finalın iştirakçıları müəyyənləşib

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, matçlardan yarısı paytaxtda, yarısı əyalətdə olacaq.

"Şahdağ" - "Kəpəz" oyunu Qusarda keçirilməli olsa da, Bakıda baş tutacaq.

Premyer Liqanın liderləri olan "Qarabağ"la "Qəbələ I divizionun iddialıları "Səbail"lə "Zaqatala"nı qonaq edəcəklər. Bu qarşılaşmalar az maraq doğurmur. Ötən mövsümün gümüş medalçısı "Zirə" Tovuza səfər edib. Adil Şükürovun komandası I divizionun lideri "Turan Tovuz"un qonağı olacaq.

3 dekabr (şənbə)

13:00. "Turan Tovuz” – "Zirə”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Yaşar Abbasov, Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Füzuli Nəcəfov

Tovuz. Şəhər stadionu

13:00. "Şahdağ” – "Kəpəz”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Habil Əliyev, Qorxmaz Eldarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Bakı. "Bayıl Arena” stadionu

15:00. "Qəbələ” – "Zaqatala”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ. Şəhər stadionu

17:00. "Qarabağ” – "Səbail”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Kərim Kərimov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

Bakı. "Azərsun Arena” stadionu (CBC Sport, canlı)

Qeyd edək ki, "İnter", "Neftçi", "Sumqayıt" və AZAL 1/4 finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi