Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşlərinin təyinatları açıqlanıb

Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşlərinin təyinatları açıqlanıb "Neftçi" və "Zirə" komandalarının oyununu Ramil Diniyev idarə edəcək
Futbol
20 Dekabr , 2016 16:10
Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşlərinin təyinatları açıqlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin bütün təyinatları açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda AZAL və "Qəbələ" komandaları arasında keçiriləcək matç Fariz Yusifova həvalə olunub.

"Neftçi" və "Zirə" komandalarının oyununu isə Ramil Diniyev idarə edəcək.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları

21 dekabr (çərşənbə)

13:00. "Kəpəz" - "İnter"

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

15:00. "Sumqayıt" - "Qarabağ"

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

"Kapital Bank Arena"

16:00. AZAL - "Qəbələ"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

"AZAL Arena" (“CBC Sport”, canlı)

17:00. "Neftçi" - "Zirə"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

"Bakcell Arena"

Son xəbərlər

Orphus sistemi