Yuxarı

​Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunlarının vaxtı açıqlanıb

Qarşılaşmalar eyni gündə keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, bütün qarşılaşmalar martın 2-nə təyin olunub.

"Xəzər Lənkəran" - "Neftçi" matçı istisna olmaqla, qalan görüşlər Bakıda baş tutacaq. Cavab oyunları martın 9-da olacaq.

2 mart (çərşənbə)

14:00. "Xəzər Lənkəran" – "Neftçi"

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Qarabağ" – "Sumqayıt"

Bakı. "Azərsun Arena"

18:00. "Zirə" – "Qəbələ"

Bakı. Zirə İdman Kompleksinin stadionu

19:00. "Rəvan" – "İnter"

Bakı. "Bayıl Arena"

Qeyd edək ki, "Zirə" - "Qəbələ" oyunu "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi