Yuxarı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib - VİDEO

Qarabağ, Qəbələ, Xəzər Lənkəran və Rəvanqələbə qazanıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, ilk olaraq "Xəzər Lənkəran" doğma azarkeşlər önündə əzəli rəqibi "Neftçi"ni qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci oyununda "Qarabağ" və "Sumqayıt" komandaları qarşılaşıb. Qurban Qurbanovun yetirmələri Riçard Almeyda və Mahir Mədətovun qolları ilə qələbə qazanıb. Növbəti oyunda "Zirə" "Qəbələ"ni qəbul edib. Görüş "qırmızı qaralar"ın qələbəsi ilə yekunlaşıb - 1:2.

Günün son oyununda "Rəvan" və "İnter" komandaları münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmanın ilk hissəsində qol vurulmayıb. İkinci hissədə azarkeşlər 3 qola şahidlik edib. Əvvəlcə "İnter"in heyətində Meza Kolli, ardından "Rəvan"da Nuran Qurbanov və Ramazan Abbasov fərqlənib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, cavab görüşləri martın 9-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi