Yuxarı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb

Əvvəlcə Bakıda, sonra bölgələrdəki oyunlara start veriləcək

Bakı. 10 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab görüşlərinin təqvimi müəyyənləşib. "Report"un məlumatına görə, matçların yarısı paytaxtda, yarısı bölgələrdə olacaq.

Əvvəlcə Bakıdakı qarşılaşmalar oynanılacaq. "Qarabağ" evdə 3:0 hesabı ilə qalib gəldiyindən, "Bakı"nın revanş alması inandırıcı görünmür. Əvəzində öz meydanında qalib gələ bilməyən "Neftçi"nin AZAL-la səfər oyununun gərgin keçəcəyi gözlənilir. 

Bölgələrdəki görüşlərin də startı eyni saata təsadüf edəcək. Evdə 0:3 hesabı ilə uduzan "Qəbələ" "Simurq"dan Zaqatalada revanş almağa çalışacaq. Çempionatda işləri heç də yaxşı getməyən "Xəzər Lənkəran"ın da "İnter"i evdə 3 top fərqi ilə yenəcəyinə inam azdır.   

13 mart (cümə)


15:00. AZAL (Bakı) – “Neftçi” (Bakı)

Bakı, "AZAL Arena"

İlk oyun: 0:0

15:00. “Bakı” – “Qarabağ” (Ağdam)

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

İlk oyun - 0:3

17:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)

“Xəzər Lənkəran” mərkəzi stadionu

İlk oyun - 0:2

17:00. “Simurq” (Zaqatala) – “Qəbələ”

Zaqatala şəhər stadionu

İlk oyun - 3:0

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi