Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək
Futbol
28 Noyabr , 2017 18:00
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib. 

"Report" xəbər verir ki, turnirin son qalibi "Qarabağ" 1/8 finalda I divizionun lideri "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə sahibinin bir görüşdə müəyyənləşdiyi ev qarşılaşmasında rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın qollarını 58-ci dəqiqədə Əfran İsmayılov, 81-ci dəqiqədə isə Pedro Enrike vurub.

İlk matçını yenə evdə keçirəcək "Qarabağ"ın 1/4 finalda rəqibi "Sumqayıt" - "Sabah" cütünün qalibi olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi