Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək
Futbol
28 Noyabr , 2017 18:58
Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub.

"Report" xəbər verir ki, "Qarabağ"dan sonra "Neftçi" 1/8 finalda rəqibini üstələyib.

"Ağ-qaralar" "Bakcell Arena"da baş tutan dueldə I Divizionun autsayderi "Zaqatala"dan güclü olublar 5:0. Meydan sahiblərinin heyətində Daniel Seqoviya het-trik edib. Digər qollara isə Uqo Barqasla Emin Mahmudov imza atıblar.

Növbəti mərhələdə ilk matçını səfərdə keçirəcək "Neftçi" "Zirə" - "Xəzər" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 10-11, cavab görüşləri isə 14-15 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi