Azərbaycan Kuboku: "Qəbələ" "Səbail"i məğlub edib

Azərbaycan Kuboku: "Qəbələ" "Səbail"i məğlub edib “Qırmızı-qaralar”a qalibiyyət gətirən qola 59-cu dəqiqədə Stiven Monroz imza atıb
Futbol
11 Dekabr , 2017 17:56
Azərbaycan Kuboku: Qəbələ Səbaili məğlub edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

“Report” xəbər verir ki, ötən mövsümün finalçısı olan “Qəbələ” Premyer Liqanın debütantı “Səbail”i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-qaralar”a qalibiyyət gətirən qola 59-cu dəqiqədə Stiven Monroz imza atıb.

Qeyd edək ki, sonuncu ilk oyun “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. İlk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi