Bakı. 10 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Keşlə" "İnter Arena"da "Kəpəz"i qəbul edib.
Azərbaycan Premyer Liqasında son 2 pillədə yer almış komandaların "duel"ində meydan sahibləri qalib gəlib - 2:0. Hər iki qol ilk yarıda vurulub. Hesabı 18-ci dəqiqədə Pərdis Fərcad-Azad açıb. 41-ci dəqiqədə isə Rafael Məhərrəmli oyunda son nöqtəni qoyub. Bu komandalar arasında cavab görüşü dekabrın 14-də Gəncə şəhər stadionunda olacaq.
Saat 16-da 1/4 final mərhələsinin daha bir ilk görüşü start götürəcək. "Zirə" "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Kuboku, 1/4 final
İlk oyunlar
10 dekabr (bazar)
14:00. "Keşlə” – "Kəpəz” - 2:0
Qollar: Pərdis Fərcad-Azad, 18. Rafael Məhərrəmli, 40
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Cavanşir Yusifov, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektior: Murad Məmmədov
"İnter Arena”