Yuxarı

Azərbaycan Kubokunun final matçına hakim təyinatları açıqlanıb

Görüş FİFA referisinə tapşırılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün Ağdamın "Qarabağ" və Bakının "Neftçi" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyunu üçün bütün təyinatlar açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək. 

Ona Yaşar Abbasovla Rza Məmmədov yan xətt, Orxan Məmmədov ehtiyat, Əliyar Ağayevlə Elvin Əsgərov isə əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar. 

AFFA nümayəndəsi Oqtay Abdullayev, hakim-inspektor Ramiz Mustafayev olacaq. 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi