Azərbaycan - Kosovo matçı ləğv olunub

Azərbaycan - Kosovo matçı ləğv olunub Yoldaşlıq görüşü iki komandanın UEFA Millətlər Liqasında eyni qrupa düşməsi səbəbindən baş tutmayacaq
Futbol
24 Yanvar , 2018 17:32
Azərbaycan - Kosovo matçı ləğv olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ Fevralın 2-də Türkiyənin Antalya bölgəsində Azərbaycan və Kosovo milli komandaları arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub. 

Qeyd edək ki, UEFA Millətlər Liqasının bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandaları eyni qrupda mübarizə aparacaq. Görüşün ləğvinə səbəb kimi məhz bu məqam göstərilib. 

Son xəbərlər

Orphus sistemi