Yuxarı
    Bağlamaq

    Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

    Artyom Bezrodnı 38 yaşında dünyasını dəyişib

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Moskva "Spartak"ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

    İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

    Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin "MKT-Araz" klublarının şərəfini qoruyub.

    Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi