Azərbaycan klubunun sabiq baş məşqçisi Ermənistan komandası ilə müqavilə bağlayıb

Azərbaycan klubunun sabiq baş məşqçisi Ermənistan komandası ilə müqavilə bağlayıb Sergey Yuran 4 il öncə "Simurq"dan qovulub
Futbol
20 Yanvar , 2016 18:09
Azərbaycan klubunun sabiq baş məşqçisi Ermənistan komandası ilə müqavilə bağlayıb

Bakı. 20 Yanvar. REPORT.AZ/ Zaqatalanın "Simurq" futbol komandasının sabiq baş məşqçisi Sergey Yuran özünə yeni komanda tapıb. "Report"un məlumatına görə, rusiyalı mütəxəssis Ermənistan "Mika"sının sükanı arxasına keçib.

Onunla iyunun 1-dək müqavilə bağlanılıb. 15 turdan sonra "Mika" 8 klub arasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Sergey Yuran 2011-ci ilin iyulundan 2012-ci ilin fevralınadək "Simurq"un baş məşqçisi olub. O, köməkçi-məşqçi işləyən qardaşı Yuri Yuran və İqor İşenko ilə birgə uğursuz nəticələrlə əlaqədar komandadan qovulub. 

Son xəbərlər

Orphus sistemi