Yuxarı

Azərbaycan klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb

AZAL komandasının baş həkimi: Maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə "Report"a komandanın baş həkimi Sədrəddin Məmmədov məlumat verib.

S.Məmmədovun sözlərinə görə, 30 yaşlı müdafiəçi bu yaxınlarda ona müraciət edərək, dirsəyindəki şişin böyüdüyünü və iki aydır ağrılar hiss etdiyini bildirib: "Rüfət əvvəllər mənə bu haqda heç nə deməmişdi. Amma maraqlandıqda məlum oldu ki, iki ildir qolunda şiş var imiş. Ona görə də valideyninə məlumat verdim ki, oğlunu Onkoloji Dispanserdə müayinədən keçirsin".

Baş həkim hələlik şişin bəd, yoxsa xoş xassəli olmasına aydınlıq gəlmədiyini açıqlayıb. O, fevralın 1-də məlum olacaq analizlərin cavablarına əsasən, xəstəliklə bağlı mükahimə yürüdəcəklərini vurğulayıb.

Qeyd edək ki, Rüfət Musayev AZAL-a "Neftçala"dan transfer olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi