Yuxarı

Azərbaycan klubunun futbolçusu Avropa çempionatında meydana çıxacaq

Azərbaycan klubunun futbolçusu Avropa çempionatında meydana çıxacaq
Qarabağın müdafiəçisi Albaniya yığmasının start heyətinə yer alıb

Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında İsveçrə yığması ilə üz-üzə gələcək Albaniya milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, millinin start heyətində "Qarabağ"dan dəvət alan müdafiəçi Ansi Aqolli də var.

Bununla da ölkə futbolu tarixində ilk dəfə Azərbaycan klubunun legioneri Avropa çempionatında meydana çıxacaq.

Qeyd edək ki, Lans şəhərindəki matç Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi