Azərbaycan klubunun velosipedçisi Fransada uğurlu nəticə göstərib

Azərbaycan klubunun velosipedçisi Fransada uğurlu nəticə göstərib Yannis Tamuridis finiş xəttini 2-ci keçib
Futbol
29 Aprel , 2015 11:45
Azərbaycan klubunun velosipedçisi Fransada uğurlu nəticə göstərib

Bakı. 29 aprel. REPORT.AZ/ Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" veloyürüşündə 190 km-lik 4-cü mərhələ Azərbaycanın “Synergy Baku” klubu üçün növbəti uğurlu nəticə ilə əlamətdar olub. "Report"un məlumatına görə, komanda üzvü Yannis Tamuridis məsafəni 4 saat 16 dəqiqə 25 saniyəyə başa vuraraq, finiş xəttini 2-ci keçib.

Digər velosipedçilərdən Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub. Daha öncə "Le Tour de Bretagne"ın 2-ci mərhələsi "Synergy Baku"nun digər üzvü Matey Müqerlinin qələbəsi ilə başa çatıb.

4-cü mərhələdəki çıxışı Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 3-cü yerdədir.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169 km məsafə qət edəcəklər.

Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün 6 - 10 mayda keçiriləcək "Tour d Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi