Yuxarı

​Azərbaycan klubu Türkiyədəki təlim-məşq toplanışını ləğv edib

Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək

Bakı. 16 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu Türkiyənin Bolu bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışının ləğvinə qərar verib.

"Report"un məlumatına görə, klub rəhbərliyi Türkiyədəki vəziyyəti nəzərə alaraq, bu addımı atıb.

Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Qeyd edək ki, "Zirə" yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə "qartallar" səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi