Yuxarı

Azərbaycan klubu panamalı qapıçını istəyir

Azərbaycan klubu panamalı qapıçını istəyir

Orlondo Moskera

Türkiyənin I Liqasında çıxış edən "Boluspor" klubunun qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb. 

"Report" "Ajansspor"a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib. O, Azərbaycandan iddialı bir klubun qapıçı üçün maraqlandığını və hazırkı vəziyyətini soruşduğunu bildirib: "Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".

Menecer klubun adını açıqlamayıb. 

Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi