Azərbaycan klubu oyun zamanı oturaq aksiya keçirib

Azərbaycan klubu oyun zamanı oturaq aksiya keçirib "Simurq"un futbolçuları "İnter"lə matç başlayan kimi yerə oturublar
Futbol
1 May , 2015 17:48
Azərbaycan klubu oyun zamanı oturaq aksiya keçirib

Bakı. 1 may. REPORT.AZ/ Zaqatalanın "Simurq" klubunun futbolçuları etiraz aksiyası keçiriblər. Oyunçular bu gün "İnter"lə Azərbaycan Premyer Liqasının XXXII tur matçının start fiti çalınan kimi yerə oturublar.

Onların aksiyası azarkeşlərin alqışları ilə müşayiət olunub. Bu müddətdə "İnter"in futbolçuları topu bir-birilərinə ötürməklə məşğul olub. Bir müddət sonra futbolçular oyuna başlayıblar.

Klubun mətbuat xidməti bu addımı belə şərh edib: "Bu, "Simurq"un nə AFFA-ya, nə PFL-ə, nə də hakimlərə etirazıdır. Bu, Azərbaycan futboluna, Zaqatala futboluna son qoymağı planlaşdıran şəxslərə etirazdır". 

Son xəbərlər

Orphus sistemi