Yuxarı

Azərbaycan klubu Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb - SİYAHI

Azərbaycan klubu Çempionlar Liqası üçün iştirak ərizəsini açıqlayıb - SİYAHI
Siyahıya 16 futzalçı daxil edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək “Araz” klubu oyunçularının ilkin siyahısını UEFA-ya göndərib.

"Report" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib. Onlardan 3-ü qapıçıdır:

Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov

Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 15. Adəm Həbibov, 19. Samir Həmzəyev, 3. Ruzigar İbrahimzadə, 14. Elşən İbramxəlilov, 2. Adil İsmayılov, 10. Nihad İsmayılov, 20. Kənan Manafov, 13. Emin Mikayılov, 9. Oktay Rüstəmli

Əsas qrup mərhələsində "Araz" Slovakiyada meydan sahibləri ilə bərabər, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq. Oktyabrın 3-də rəqib Litvanın "Vıtis", oktyabrın 4-də Maltanın "Valletta", oktyabrın 6-da isə Slovakiyanın "Luçenets" komandaları olacaq. İlk 2 görüş Bakı vaxtı ilə saat 17:30-da, sonuncu saat 20:00-da başlanacaq. Görüşlər "Sportova hala Arena"da təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi