Azərbaycan klublarının sabiq futbolçularının FİFA-ya şikayətinə aydınlıq gətirilib

Azərbaycan klublarının sabiq futbolçularının FİFA-ya şikayətinə aydınlıq gətirilib "Azərbaycanda bütün klubların futbolçularla 4 müqaviləsi olur"
Futbol
22 İyul , 2015 13:31
Azərbaycan klublarının sabiq futbolçularının FİFA-ya şikayətinə aydınlıq gətirilib

Bakı. 22 iyul. REPORT.AZ/ "Azərbaycanda bütün klubların futbolçularla 4 müqaviləsi olur". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov deyib.

Y.Seyidov bildirib ki, bu, artıq heç kimə sirr deyil. Klub rəsmisi futbolçuların məhz belə müqavilələri əllərində rəhbər tutaraq, FİFA-ya şikayət etdiklərini söyləyib: "Futbolçularla müqavilə bağlayanda yüksək məbləğə razılaşırlar. Amma onlarla centlmen razılaşma da olur ki, az oynasan, maaşı da az alacaqsan. Lakin maaşın ödənilməsində problem yaranan kimi futbolçular FİFA-ya üz tuturlar ki, pulumuz verilmir. Halbuki onlarla müqavilədə belə hallar əvvəlcədən göstərilməlidir. Yəni, futbolçuya bütün oyunlarda iştirakları qarşılığında 100 faiz, sonradan meydana girəcəklərsə, 70 faiz, daim ehtiyatda qalacaqlarsa, 50 faiz ödənilməlidir".

Artıq AFFA-da Oyunçuların Statusu və Transferi Komitəsinin fəaliyyətə başladığını deyən Y.Seyidov bundan sonra belə məsələlərdə klubların daha peşəkar davranacaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, son zamanlar Azərbaycanın bir neçə klubundan sabiq futbolçuları FİFA-ya şikayət edib.

Son xəbərlər

Orphus sistemi