Azərbaycan klublarının illik maliyyə hesabatlarını açıqlamalı olduqları tarix müəyyənləşib

Azərbaycan klublarının illik maliyyə hesabatlarını açıqlamalı olduqları tarix müəyyənləşib Sərxan Hacıyev: "UEFA-dan məktub gözləyirik"
Futbol
5 Dekabr , 2018 12:53
Azərbaycan klublarının illik maliyyə hesabatlarını açıqlamalı olduqları tarix müəyyənləşib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın futbol klublarının illik maliyyə hesabatını açıqlayacaqları tarix bəlli olub.

Bu barədə “Report”a AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev məlumat verib. O, bildirib ki, klublar bunu 2019/2020 mövsümü üçün lisenziyalaşdırma prosesinin sonunda – gələn il martın ortalarına qədər etməlidirlər: “Klublar özlərinin və ya AFFA-nın rəsmi saytı vasitəsilə illik maliyyə hesabatlarını açıqlamalıdırlar. Bu, lisenziyalaşdırma prosedurunun A meyarıdır və mütləq yerinə yetirilməlidir. Klublar gələn ilin martında 2018-ci ilin hesabatını təqdim etməlidirlər”.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, hesabatın hansı meyarlar üzrə olacağı hələlik dəqiqləşməyib. S.Hacıyev bununla bağlı UEFA-dan məlumat gözlədiklərini söyləyib: “Hesabatda konkret nələrin göstərilməli olduğu dəqiqləşməyib. Məsələn, konkret olaraq əmək haqqlarının göstərilməli olduğunu bilmirik. Bununla bağlı UEFA-dan məktub gözləyirik. Həmin meyarlar bizə təqdim edildikdən sonra AFFA İcraiyyə Komitəsinin bu ay üçün nəzərdə tutulan iclasında təsdiqlənməlidir”.

Qeyd edək ki, Klublar Komitəsinin dekabrın 4-də baş tutan iclasında illik maliyyə hesabatının açıqlanması məsələsi də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi