Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan klublarının rəqibləri müəyyənləşib - YENİLƏNİB

Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan klublarının rəqibləri müəyyənləşib - YENİLƏNİB "Neftçi" və "Kəpəz" Çexiya komandalarına rəqib olub
Futbol
15 İyul , 2016 15:18
Avropa Liqasının III təsnifat mərhələsində Azərbaycan klublarının rəqibləri müəyyənləşib - YENİLƏNİB

Bakı. 15 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. "Qəbələ" Macarıstan MTK-sını üstələyəcəyi halda, Fransanın "Lill" komandası ilə üz-üzə gələcək.

"Neftçi" Makedoniya "Şkendiya"sına qalib gəlsə, Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşacaq. "Kəpəz" isə Avstriya "Admira"sını yenəcəyi təqdirdə, Çexiyanın "Slovan" (Liberets) komandası ilə görüşəcək.

-------

İlk xəbər 10:36-da yayımlanıb. 

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qəbələ", "Neftçi" və "Kəpəz"in potensial rəqibləri müəyyənləşəcək. 

Hər 3 klub səpələnməmişlər sırasına düşdüyündən, güclü komandalarla üz-üzə qalıblar.

Artıq UEFA potensial rəqibləri konkretləşdirib. Hər komanda bir qrupa düşüb və 6 potensial rəqibi var. "Qəbələ" üçün güclü rəqib kimi Fransanın "Lill" və əsası, ötən mövsüm pley off-da qalib gələrək qrupda düşdüyü "Panatinaikos"un yenidən düşməsinin mümkünlüyü diqqət çəkir. "Neftçi"nin potensial rəqibləri arasında ən arzuolunmazı kimi Almaniyanın "Herta", "Kəpəz"də İngiltərənin "Vest Hem" klubunu göstərmək olar.

3-cü qrup

"Qəbələ"nin potensial rəqibləri

1. "Lill" (Fransa)

2. "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan) cütünün qalibi

3. "Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) cütünün qalibi

4. "Panatinaikos" (Yunanıstan)

5. "Makabi" (Hayfa) / "Nomme Kalyu" (Estoniya) cütünün qalibi

6. "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya) cütünün qalibi

4-cü qrup

"Neftçi"nin potensial rəqibləri

1. "Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya)

2. "Rapid" (Avstriya)

3. "Herta" (Almaniya)

4. "Rieka" (Xorvatiya)

5. "Aruça" (Portuqaliya)

6. "Mlada Boleslav" (Çexiya)

5-ci qrup

"Kəpəz"in potensial rəqibləri

1. "Gent" (Belçika)

2. "Slovan" (Çexiya)

3. "Vest Hem" (İngiltərə)

4. "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)

5. HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)

6. "Apollon" (Kipr)

Son xəbərlər

Orphus sistemi